"İKA" gənclərlə birlikdə möhtəşəm işlər çıxarır

“Fatih Terimlə görüş: Qarabağ FK-nın təşəbbüsü və yeni alyans müzakirəsi”

16 noyabr 2024, 14:26

1062

Noyabrın 16-da gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan tanınmış türkiyəli futbol mütəxəssisi Fatih Terimi qəbul edib.
Qonağı salamlayan nazir ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Qonaq səmimi qəbula görə təşəkkür edib, ilk dəfə ölkəmizə 1996-cı ildə gəldiyini və Azərbaycan futbolu ilə bağlı maraqlı xatirələrinin olduğunu bildirib.
Görüş zamanı iki qardaş ölkədə futbolun hazırkı vəziyyəti və uşaq futbolunun inkişafı yolları müzakirə edilib. COP29 çərçivəsində “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansın yaradılması ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb. 
Görüşdə “Qalatasaray” FK-nın 2-ci prezidenti İbrahim Hatipoğlu, “Qalatasaray” FK-nın İdarə Heyətinin üzvü Emin İmanov, Fatih Terimin köməkçisi Eray Sözən, “Qarabağ” FK-nın baş direktoru Əmrah Çelikəl və İdarə Heyətinin üzvü Asif Əsgərov da iştirak ediblər.


Gənclər İdman Nazirliyində görüş!

6 sentyabr 2022, 12:00

Gənclər İdman Nazirliyində görüş!

Seçilmişlərə əlavə et


AZƏRBAYCANDA İDMAN HƏFTƏSİ 6 MART

6 mart 2024, 12:45

AZƏRBAYCANDA İDMAN HƏFTƏSİ 6 MART

Seçilmişlərə əlavə et


U-23 Avropa çempionatı

20 may 2024, 00:13

U-23 Avropa çempionatı

Seçilmişlərə əlavə et


İKA üzvləri "Qarabağ-Fehervar" oyununda!

28 iyul 2022, 12:00

İKA üzvləri "Qarabağ-Fehervar" oyununda!

Seçilmişlərə əlavə et



Digər xəbərlər

Hamısına bax