Geriyə qayıt

Türkiyəyə ilk rəsmi səfər!

Məkan: İstanbul

30 may 2022, 08:00

“İdman Könüllüləri və Azarkeşləri” İctimai Birliyi ilk rəsmi səfərini Türkiyəyə edib.
İctimai Birliyin idarə heyətinin üzvləri Atanur Cəfərli və Xaqani Fərəcov avqust ayında
Konyada təşkil olunacaq İslam Həmrəylik Oyunlarına hazırlıq mərhələsi və yarışların
keçiriləcəyi məkanlarla tanış olublar.
Təşkilat komitəsinin xarici əlaqələr müdiri Bilal Yavaş və İdman Könüllülərinin rəhbəri
Ramazan Topuzla görüşərək, keçiriləcək yarışlarda Azərbaycan Könüllülərinin iştirakını
müzakirə etmişlər.
İstanbulda Türkiyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Nihat Usta, “Genclik və
Spor” Könüllüləri təşkilatının rəhbəri Şenol Güneş və Türkiye Atletika federasiyası Ataköy
Atletika Salonunun müdiri Fahriye Ekinlə də görüş keçirmişlər.
Bundan başqa Konyaspor tribuna lideri İbrahim Apalı, Konyada və Eskişehirde təhsil alan
Azərbaycanlı tələbələrlə maraqlı görüşlər keçirilib, Azərbaycanlı gənclərin təşkilatın
fəaliyyətinə cəlb olunması müzakirə edilmişdir.

Digər layihələr