Geriyə qayıt

İKA üzvləri "V İslam Həmrəyliyi Oyunları" da!

Məkan: Konya

9 avqust 2022, 06:00

09-18 avqust tarixində Konyada 5-ci dəfə keçirilən “İslam Həmrəyliyi Oyunları”
üçün Konya şəhərinə “İdman Könüllüləri və Azarkeşləri” üzvləri, idmançılarımız,
məşqçi heyəti və media nümayəndələrinin səfəri baş tutub. Yarışlarda futbol,
gimnastika, həndbol, voleybol, basketbol üzrə millimizin oyunları keçirilib. İKA
üzvləri oyunları daha yaxından izləmə şansı əldə edib və hər bir yarışda sona
qədər qələbəyə səsləyiblər.
Qeyd edək ki, İslam Həmrəyliyi oyunlarında Atletlər kəndində “Azərbaycan Günü”
keçirilib. Həmin tədbirdə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov,
Türkiyənin gənclik və idman naziri Mehmet Kasapoğlu, Milli Olimpiya Komitəsinin
vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, gənclər və idman
nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya komitələrinin nümayəndələri,
idmançılar və könüllülər iştirak ediblər.
Azarkeşlərimiz 10 gün boyunca nəticədən aslı olmayaraq millimizin üzvlərini
dəstəkləmək üçün arenaya toplaşmış və qalibiyyətə səsləmişdirlər.
Azərbaycan komandası 29 qızıl, 36 gümüş, 34 bürünc olmaqla toplam 99 medal
qazanaraq yarışları ümumilikdə 4-cü yerdə tamamlamışdı.
İKA komandası olaraq millimizi təbrik edir və hər zaman dəstəkləməyə hazırıq.

Digər layihələr