İKA idarə heyəti GİN 2022-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimində!
26 December 2022, 14:00
1068
Gənclər və İdman Nazirliyi 2022-ci ilin idman yekunlarını qeyd edib.
Dekabrın 26-da Gənclər və İdman Nazirliyi 2022-ci ilin idman yekunlarına həsr olunmuş
qala mərasimi keçirib. Buta palasda təşkil edilən tədbirdə "İdman Könüllüləri və
Azarkeşləri" İB-nin, digər idman təşkilatlarının, federasiyaların, media qurumlarının
rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2022-ci ilin Azərbaycan idmanı
üçün uğurlu keçdiyini qeyd edib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları,
məşqçiləri, idman ictimaiyyətini təbrik edib. Qonaqları qarşıdan gələn yeni il və Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən nazir 2023-cü ilin
idmanımız üçün daha da uğurlu olacağına ümidvar olduğunu bildirib.

16 November 2024, 14:26